“Qarabağ” “Səbail”ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda daha bir qarşılaşma keçirilib. Günün ikinci matçında “Qarabağ” “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 62-ci dəqiqədə Abdullah Zubir vurub.

Bu nəticədən sonra xallarının sayını 19-a yüksəldən Ağdam təmsilçisi turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Neftçi”yə çatıb.“Səbail” isə hələ ki, 10 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda “Qəbələ” evdə “Neftçi”dən üstün olub – 3:1. Tura sabah keçiriləcək "Sumqayıt” – "Sabah” və "Keşlə” – "Zirə” matçları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...