“Qəbələ” “Neftçi”nin məğlubiyyətsizlik seriyasına son qoydu!

Futbol üzrə Topaz Premyer Liqasının 8-ci turuna “Qəbələ”-“Neftçi” oyunu ilə start verilib. Qəbələ şəhər stadionunda oynanılan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin heyətində Ceyms Adeniyi (14, 77) və Stiven Monroz (57) fərqləniblər. “Neftçi”nin yeganə qolunu isə Kvame Karikari vurub (90+4). Matçın 67-ci dəqiqəsində ev sahiblərinin heyətində Təmkin Xəlilzadə qırmızı vərəqə ilə cəzalandırılaraq oyunu tərk edib.

Beləliklə, cari mövsümdə “Neftçi” komandasının məğlubiyyətsizlik seriyasına səkkizinci turda son qoyulub. Hazırda hesabında 19 xal olan flaqman turnir cədvəlində birinci pillədədir.

Səkkizinci tur çərçivəsində oktyabrın 21-də “Sumqayıt”-“Sabah” və “Keşlə”-“Zirə” görüşləri oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə