“Liverpul”un müdafiəçisi “Real” və “Barselona”nın maraq dairəsindədir

“Liverpul”un müdafiəçisi Alberto Moreno “Real” və “Barselona”nın maraq dairəsinə düşüb. SİA-nın məlumatına görə, 2019-cu ilin yayında mersisaydlılarla müqaviləsi başa çatacaq ispan futbolçu karyerasını vətənində davam etdirə bilər. İspaniya nəhəngləri bu mövsüm ingilis klubunda heç bir oyun keçirməyən 26 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Moreno həm də “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal”ın da hədəfindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə