U-19 iki yoldaşlıq oyunu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının oktyabrın 20-dən etibarən Bakıda təlim-məşq toplanışı olacaq. SİA-nın məlumatına görə, oktyabrın 22-də Bolqarıstana yola düşəcək yığmamız ayın 26-dək burada hazırlıq keçəcək. U-19 təlim-məşq toplanışı çərçivəsində oktyabrın 23-də və 25-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırq:

AD, SOYAD

KLUB

Nail Alışov

Neftçi

Nicat Mehbalıyev

Qarabağ

Kamran Məmmədov

Sabah

İbrahim Hüseynov

Qarabağ

Elnur İbrahimov

Spartak-2 (Moskva, Rusiya)

Rauf Hüseynli

Qarabağ

Elçin Mustafayev

Sabah

Hüseyn Əhmədov

Zirə

Zamiq Əliyev

Qarabağ

Rüfət Abdullazadə

Sumqayıt

Turan Vəlizadə

Qarabağ

Tural Bayramov

Qarabağ

Elvin Cəfərquliyev

Qarabağ

Şakir Seyidov

Sabah

Elcan Hafizli

Neftçi

Elvin Talıbov

Qarabağ

Ruslan Ərzumanov

Krasnodar (Rusiya)

Emil Qasımov

Sabah

Xəqani Sadıqov

Qarabağ

Kamran Quliyev

Jonova (Litva)

Bütün xəbərlər Facebook səhifəmizdə