"Trabzonspor" "Milan"ın futbolçusunu transfer etmək niyyətindədir

"Trabzonspor" klubu heyətinə yeni futbolçu gətirməyi düşünür. SİA-nın məlumatına görə, Qara dənizlilər "Milan"dan Kristian Zapatayanı transfer etmək niyyətindədir. Kolumbiyalının İtaliya klubu ilə mövsümün sonunda müqaviləsi başa çatacaq. Trabzonspor danışıqların mövsümarası fasilədə başlayacağını bildirib.

Xatırladaq ki, klub bundan əvvəl Zarqo Toure və Majid Hosseinini heyətə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə