Kante “Real” və “Barselona”ya görə “Çelsi”dən ayrılmağa hazırdır

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante “Pari Sen-Jermen” (PSJ) klubuna görə London təmsilçisini tərk etməyi düşünmür. “La Gazetta Dello Sport” xəbər verir ki, 27 yaşlı fransalı futbolçu “Çelsi”dən yalnız “Real” və ya “Barselona” klublarına keçid naminə ayrılmağa hazırdır.

Xatırladaq ki, “PSJ” rəhbərliyi yay transfer pəncərəsi zamanı Kanteni heyətinə qatmağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib. Futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq. Kante London klubuna 2016-cı ildə “Lester Siti” klubundan 35,8 milyon avroya keçib. Yarımmüdafiəçi cari mövsümdə “Çelsi”nin heyətində 10 matçda bir qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə