UEFA "Mançester Yunayted"i cərimələyib

UEFA İntizam Komitəsi İngiltərənin "Mançester Yunayted" klubunu cərimələyib. Qurumun saytında yer alan məlumata görə, buna səbəb Çempionlar Liqasının II turunda evdə İspaniya "Valensiya"sı ilə keçirilmiş matçın gec başlamasıdır. İngiltərə təmsilçisi buna görə 15 min avro ödəməli olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" - "Valensiya" matçı 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin avtobusu tıxaca görə oyunun keçirildiyi "Old Trafford" stadionuna matçın başlamasından bir neçə dəqiqə sonra çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə