Henri Onyekur “Fənərbaxça” derbisində meydanda olmayacaq

"Qalatasaray" klubu, ciddi itki ilə üzləşib. Belə ki, nigeriyalı hücumçu Henri Onyekur zədələnib. Bu gün tibbi müayinədən keçən 21 yaşlı futbolçunun 4-6 həftə meydana çıxa bilməyəcəyi müəyyənləşib. Bu isə o deməkdir ki, hücumçu noyabrın 11-də “Fənərbaxça” ilə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək. Nigeriya millisində zədələnən Onyekurun sol baldır əzələsində qanaxma olub.

Qeyd edək ki, mövsümün əvvəlində icarə əsasında "Everton"dan İstanbul klubuna keçən futbolçu Superliqada 8 oyuna 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...