Kərim Benzema məhkəməyə verilib

"Real Madrid"in fransız hücumçusu Kərim Benzema insan oğurluğunda günahlandırılır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kərim Benzemanın keçmiş agenti Leo D'Souza onu məhkəməyə verib. Səbəb kimi keçmiş agent bildirib ki, Kərimin qohumları onu oktyabrın 8-də oğurlamaq istəyiblər. Leo qeyd edib ki, onun 30 yaşlı hücumçu ilə 50 min avroluq maliyyə münaqişələri olub. Fransa polisi bu işi araşdırmağa başlayıb.

Xatırladaq ki, Kərim Benzema 2015-ci ildə Matias Valbuenanı intim videoları ilə şantaj edərək pul aldığına görə millidən qovulmuşdu. Kərim Benzema bu mövsüm "Real Madrid"in formasında 11 oyuna 5 qol vurmağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə