“Makqreqoru təhqirlərinə görə bağışlamışam” Nurməhəmmədov

UFC - yüngülçəkililər üzrə döyüş kateqoriyasının çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov bəyan edib ki, o, irlandiyalı Konor Makqreqoru oğlu ilə döyüşdən əvvəl səsləndirdiyi təhqirlərə görə bağışlayır. SİA xəbər verir ki, Nurməhəmmədov bu barədə facebook səhifəsində çıxdığı canlı yayımda bildirib. İrlandiyalı döyüşçü Dağıstanın Kaspiyk şəhərində keçiriləcək sambo üzrə dünya çempionatına da dəvət edib.

Xatırladaq ki, bundan öncə, Makqreqer Nurməhəmmədovla döyüşə qədər və mətbuat konfransı zamanı onun atasını və rəqibini təhqir etmişdi.

“Bu turnirə bizim yaxın dostumuz Oleq Nikolayeviç Taktarovu və Makqreqoru fəxri qonaqlar kimi dəvət edirəm. Mən demişəm, onun bütün təhqirlərini bağışladıb! Mərhəmətli olmaq lazımdır”, ata Nurməhəmmədov vurğulayıb.

Qeyd edək ki, sambo üzrə dünya çempionatı dekabrın 15-də Dağıstanın Kaspiysk şəhərində Əli Əliyev adına idman sarayında keçiriləcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə