PSJ Neymarla yollarını ayıra bilər

PSJ 2019-cu ilin yayında futbolçusu Neymar ilə yollarını ayıra bilər. SİA-nın məlumatına görə, bu transfer Paris təmsilçisinin 26 yaşlı hücumçunun satışından 220 milyon avro əldə edəcəyi təqdirdə reallaşacaq.

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi ilə Neymar arasında razılıq əldə olunub.

2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçən Neymar Fransa klubunun heyətində 41 oyuna 39 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə