"Roma" müdafiəçisini icarəyə verəcək

"Roma" müdafiəçisi Rik Karsdorpla yollarını ayıra bilər. SİA-nın məlumatına görə, Hollandiya millisinin üzvü ilə "Sevilya" və "Fənərbaxça" klubları maraqlanırlar. "Canavarlar" 23 yaşlı futbolçunu icarəyə göndərməyi daha məqsədəuyğun hesab edirlər. Bu səbəbdən də Karsdorpun qışda icarəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Roma" sağ cinah müdafiəçisini ötən il "Feyenoord"dan 14 milyon avroya transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə