Neymarın PSJ-dən ayrılması 220 milyon avroya bağlıdır!

Fransanın PSJ klubu 2019-cu ilin yayında futbolçusu Neymar ilə yollarını ayıra bilər. "Report" "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, bu transfer Paris təmsilçisinin 26 yaşlı hücumçunun satışından 220 milyon avro əldə edəcəyi təqdirdə, reallaşacaq.

Nəşrdə bildirilir ki, artıq PSJ-nın prezidenti Nasser Əl-Xelaifi ilə Neymar arasında razılıq əldə olunub. Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. Neymar Fransa klubunun heyətində 41 oyuna 39 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...