Bolqarıstan yığmasında cəza limiti problemi...

Futbol üzrə Millətlər Liqasının qrup mərhələsində Norveçə məğlub olan (0:1) Bolqarıstan yığmasında narahatlıq doğuran əsas məqam cəza limitinə yaxınlaşan futbolçuların sayının çoxluğudu. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, son qarşılaşmada 6 futbolçu sarı vərəqə alıb.

Baş məşqçi Petar Hubçev bundan narazı qalsa da, heç kimin cəzalı duruma düşməməsi onu sevindirir. Hazırda 13 futbolçunun passivində sarı vərəqə var ki, onlardan biri də “Qarabağ”ın legioneri Simeon Slavçevdi. Əgər həmin oyunçulardan kimsə noyabrda Kiprlə görüşdə növbəti dəfə “sarı” alsa, Sloveniya ilə son tur matçını buraxacaq. Hubçev bu üzdən, xüsusən də, aparıcı futbolçularına qarşıdakı matçda ehtiyatlı oynamağı tapşıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...