“Arsenal” 22 yaşlı futbolçusunu transfer etmək istəyir

London “Arsenal”ı, heyətinə yeni futbolçu cəlb etmək istəyir. Britaniya mətbuatının yazdığına görə, London klubu “Çelsi”nin futbolçusu Ruben Loftus-Çiki transfer etmək niyyətindədir. “Çelsi”də meydana nadir hallarda çıxan Loftus-Çikin bu keçidə müsbət yanaşdığı bildirilir. “Çelsi” isə 22 yaşlı futbolçusunu satmaq deyil, icarəyə vermək istəyir.

Qeyd edək ki, ingilis futbolçu son mövsümü icarə əsasında “Kristal Palas”da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə