Birinci divizionda 7-ci tura start verilib

Futbol üzrə birinci divizionda 7-ci tura start verilib. Bu gün 2 matç keçirilib. Lider MOİK səfərdə "Səbail-2"yə 3:1 hesabı ilə qalib gəlib. "Qaradağ Lökbatan" isə səfərdə "Zirə-2"yə 2:0 hesabı ilə qalib gəlib.

18 oktyabr (cümə axşamı)

14:00. “Səbail-2” – MOİK - 1:3
Qollar: Rəvan Babazadə, 10 (0:1), Bahadur Həziyev, 54-pen (0:2), Raul Yaqubzadə, 59 (0:3), Emil Həsənzadə, 77-pen (1:3)
“Bayıl Arena”

15:00. “Zirə-2” – “Qaradağ Lökbatan” - 2:0
Qollar: Ülvi İbrahimov, Tapdıq Əhmədov
“AZAL Arena”

Qeyd edək ki, turnir cədvəlinə 21 xalla MOİK başçılıq edir. "Sumqayıt" 15 xalla (6 oyundan) 2-ci, "Neftçi-2" 14 xalla ( 6 matçdan ) 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə