"Mançester Yunayted"in futbolçusu həftədə 150 min funt sterlinq qazanacaq

"Mançester Yunayted" futbolçusu Lyuk Şou ilə yeni müqavilə imzalayıb. "BBC"-nin yaydığı xəbərə görə, 23 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb. Yeni müqavilə ilə onun həftəlik maaşı 100 mindən 150 min funt sterlinqə yüksəldilib. Qeyd edək ki, L.Şou 2014-cü ildən "MY"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə