"Yuventus"dan bu futbolçu üçün 74 milyon avroluq təklif!

"Mançester Yunayted"in futbolçusu Markus Reşford "Yuventus"a transfer oluna bilər. Belə ki, turin klubu 20 yaşlı hücumçu ilə maraqlanır. İtaliya təmsilçisinin Reşford üçün 74 milyon avro ödəməyə hazır olduğu bildirilib. Ancaq "MY"nın İngiltərə millisində özünü yaxşı tərəfdən göstərən Reşfordun satışı ilə bağlı danışıqlar aparmağı hələlik düşünmədiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə