Növbəti üç Braziliya Qran-Prisi üçün “Liberty Media”ya ödəniş edilməyə bilər

“Liberty Media” San-Paulodakı “Interlagos” avtodromunda növbəti üç Braziliya Qran-Prisinin keçirilməsinə görə ödəniş almaya bilər. SİA xəbər verir ki, hələ 2014-cü ildə - Formula 1 menecmentinə Berni Ekklstounun rəhbərlik etdiyi vaxtlarda Braziliya reklamçıları müvafiq sənədlər imzalayıb. Anlaşmanın şərtlərinə görə, “Interlagos” 2020-ci ilədək yarışlara ev sahibliyi edəcək. O zaman əldə olunmuş razılaşma iki kontraktdan ibarət olub – onlardan biri bilavasitə Braziliya Qran-Prisinin reklamçısı ilə, digəri isə FOM-un ödənişini öz öhdəsinə götürmüş San-Paulo şəhərinin hökuməti ilə kommersiya sazişindən ibarətdir.

“RaceFanc”ın məlumatına görə, müddəti başa çatan sonuncu kommersiya sazişi yenilənməsə də, çempionatın Braziliya mərhələsi üçün ciddi problem olmayıb və o, əvvəlki kimi noyabrın 11-də keçiriləcək. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtomobil İdmanı üzrə Dünya Şurasında isə 2018-ci il Braziliya Qran-Prisində əlavə təhlükəsizlik tədbirləri barədə hesabat dinlənilib. Bu, FIA ilə San-Paulo şəhər rəhbərliyinin keçirdiyi görüşlərin nəticəsində baş verib. San-Paulo yarışları ötən həftə təsdiq olunmuş növbəti mövsümün təqviminə də daxil edilib.

Əgər vəziyyət dəyişməsə və Braziliya tərəfindən FOM-a lazımi vəsait ödənilməsə, bu, növbəti üç mövsümdə çıxış edəcək Formula 1 komandalarının gəlirlərinə ciddi təsir edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə