Antonio Konte "Real Madrid"i çalışdıra bilər

"Real Madrid" "Çelsi"nin keçmiş baş məşqçisi Antonio Konteni öz sükanı arxasına gətirmək istəyir. SİA-nın məlumatına görə, "Kral klubu"nun rəhbərliyi artıq Konte ilə bu həftə ilkin danışıqlar aparıb. "Real Madrid"in hazırki baş məşqçisi Yulen Lopeteqi mövsümə uğursuz start verdiyindən istefaya göndəriləcəyi deyilir.

Xatırladaq ki, "Real Madrid" İspaniya La Liqasında keçirtdiyi 8 oyundan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə