“Məktəblərdə futbol” mövzusunda UEFA seminarı

Oktyabrın 29-dan noyabrın 1-dək Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA seminarı keçiriləcək. SİA-nın məlumatına görə, “Məktəblərdə futbol” (Football in Schools) mövzusunda keçiriləcək seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edəcək. UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə