UEFA “Rubin”i avrokuboklardan uzaqlaşdırıb

UEFA Rusiyanın “Rubin” klubunu avrokuboklardan 2 mövsümlük uzaqlaşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna Kazan təmsilçisinin maliyyə feyr-pleyi qaydalarını pozması səbəb olub. “Rubin” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququna sahibdir.

Klub növbəti iki mövsümdə avrokuboklara vəsiqə qazansa, cəza qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə