Meksikalı boksçu idman tarixinin ən bahalı müqaviləsini imzalayıb

Meksikalı boksçu Saul Alvares idman tarixində rekorda imza atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 28 yaşlı boksçu peşəkar idman tarixinin ən bahalı müqaviləsinə qol çəkib. O, DAZN strim-serveri ilə 365 milyon dollarlıq sözləşmə imzalayıb. DAZN 5 il ərzində Saulun 11 döyüşünü nümayiş etdirəcək.

Bundan əvvəlki rekord amerikalı beyzbolçu Cankarlo Stentona məxsus idi. O, 2014-cü ildə “Mayami Marlinz”lə dəyəri 325 milyon dollar olan 13 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə