"Barselona"nın çilili yarımmüdafiəçisi Arturo Vidal cərimələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu "Bavariya"da oynayan zaman Münxen şəhərində gecə klublarının birində dava saldığı üçün cərimələnib.

A.Vidal gecə klubunda 3 litr həcmli şüşə butulkanı istirahət edənlərin birinin başında sındırıb. Zərərçəkənin başında iri çapıq yaranıb, daha sonra isə kəllə-beyin travması diaqnozu qoyulub. Vidalın məhkəməsi ötən günlərdə keçirilib və ondan 923 min dollar təzminat ödənməsi tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə