Fərhad Rəcəbli 8-ci dəfə dünya çempionu oldu

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışın ilk günü millimiz üçün uğurlu olub.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan güclü rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı 8-ci çempionluqdu.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə