Arsen Venqer: "Təcrübəmdən yararlanmağa can atanlar var"

"Arsenal"dan ayrılandan sonra işsiz qalan Arsen Venqer gələcək planları barədə danışıb. SİA-nın məlumatına görə, keçmiş baş məşqçi yanvar ayında işə başlayacağını deyib: "Arsenal"da keçirdiyim 22 il ərzində kifayət qədər təcrübə toplamışam. İndi bütün dünyada mənim təcrübəmdən yararlanmağa can atanlar var. Futbol assosiasiyaları, milli komandalar əlaqə yaratmağa calışır. Hətta yaponlardan da iş təklifi almışam. Düşünürəm ki, yanvar ayında məşqçilik karyeramı bərpa edəcəyəm. Kifayət qədər istirahət etmişəm. İşləməyə hazıram. Harada başlayacağımı hələlik bilmirəm”.

Qeyd edək ki, fransız mütəxəssisin "Bavariya"dan istefa verən Niko Kovaçı əvəzləyəcəyi deyilirdi. Venqerin PSJ-nin idman direktoru vəzifəsini tuta biləcəyi də mətbuatda yer almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə