Sloveniya yığmasının baş məşqçisi istefaya göndərilib

Sloveniya yığmasının baş məşqçisi Tomaj Kavçiç istefaya göndərilib. SİA-nın məlumatına görə, bu barədə yerli mətbuata Sloveniya Futbol İttifaqının prezidenti Radenko Miyatoviç məlumat verib.

Komandanın uğursuz nəticələri Kavçiçin qovulmasına səbəb olub. Sloveniya yığması UEFA Millətlər Liqasında C Liqasının 3-cü qrupunun sonuncusudur. Geridə qalan dörd oyundan yalnız birində heç-heçə edən sloveniyalılar 3 görüşdə məğlub olublar.

Qeyd edək ki, Kavçiç 2017-ci ilin dekabr ayından millini çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə