Argentina yığması ilə yoldaşlıq görüşü Neymar üçün əlamətdar olub

Futbol üzrə Braziliya milli komandasının Argentina yığması ilə keçirdiyi son yoldaşlıq görüşü beşqat dünya çempionlarının hücumçusu Neymar üçün əlamətdar olub. Footballhd.ru saytı xəbər verir ki, oyunun taleyini həll edən yeganə qolun müəllifi Mirandaya məhsuldar ötürmə verən Neymar nəticədə “qol+pas” sistemi ilə 100 xal (59 qol və 41 qolla nəticələnən ötürmə) qazanıb. O, bu göstəriciyə komandada 94 matç keçirməklə nail olub.

İyirmi altı yaşlı futbolçu 2010-cu ildən etibarən Braziliya milli komandasının şərəfini qoruyur. Millidə ən çox qola Pele (92 matçda 77 qol) və Ronaldo (98 matçda 62 qol) imza atıblar.

Qeyd edək ki, milli komandanın heyətində keçirdiyi matçların sayı baxımından Neymar Jilmarı geridə qoyaraq ilk onluğa daxil olub. Yığmada 142 matç keçirən Kafu bu göstəriciyə görə liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə