Useyn Bolt Malta klubuna keçməkdən niyə vaz keçib?

Yamaykalı məşhur sprinter, hazırda Avstraliyanın “Sentaral Kost Marriners” futbol klubunda çıxış edən Useyn Bolt Maltanın “Valetta” klubuna keçmək barədə təklifdən imtina edib. Bunu Boltun agenti Rikki Simms bildirib.

ESPN portalı Rikki Simmsin bu sözlərini sitat gətirir: -Useynə futbolçu kimi maraq çox güclüdür. Biz mütəmadi olaraq təkliflər alırıq. Bildirmək istərdim ki, Bolt Maltada karyerasını davam etdirmək istəmir.

Yamaykalı sprinterin digər agenti Tona Rallis bir qədər əvvəl bildirib ki, Avropa klublarından biri keçmiş yüngül atletlə kontrakt imzalamaqda maraqlıdır. Bolt özünün sonuncu matçında rəqib komandanın qapısına iki top vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...