Yunanıstanda şahmat üzrə dünya birinciliyi başlanır

Bu gün Yunanıstanın Halkidiki şəhərində 14, 16 və 18 yaşa qədər oğlanlar və qızlar arasında şahmat üzrə dünya birinciliyi başlanır. SİA xəbər verir ki, ilk dəfə olaraq şahmatın üç növü üzrə medallar uğrunda mübarizə aparılacaq. Oktyabrın 17-18-də sürətli şahmat üzrə, oktyabrın 19-da blits üzrə, oktyabrın 20-dən 30-dək klassik şahmat üzrə yarışlar keçiriləcək.

Hazırda iştirakçıların sıyahısında dünyanın 79 ölkəsindən 653 şahmatçının, o cümlədən Azərbaycanın 7 nümayəndəsinin adı var. Ölkəmizi bu yarışlarda FİDE ustaları Murad İbrahimli, Əhməd Əhmədzadə, Aydın Süleymanlı, Vüqar Manafov, Gövhər Beydullayeva, ustalığa namizəd Ayan Allahverdiyeva və Ləman Hacıyeva təmsil edəcəklər.

Rapid və blits üzrə turnirlər 9 turdan, klassik şahmat üzrə yarışlar isə 11 turdan ibarət olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə