Ronaldo Rodriqezin "Yuventus"a transferini xahiş edib

"Bavariya"nın kolumbiyalı yarımmüdəfiəçisi Xames Rodriqez "Yuventus"a keçə bilər. SİA-nın məlumatına görə, İtaliya klubu futbolçu üçün 70 milyon avro hazırlayıb. Xamesin "Yuventus"a keçməsini rəhbərlikdən portuqaliyalı ulduz Kriştiano Ronaldo xahiş edib.

Xatırladaq ki, Xames Ronaldo ilə 2014-2017-ci illərində "Real Madrid"də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə