Dünya çempionatında bu gün 6 azərbaycanlı cüdoçu mübarizə aparacaq

Bu gün Bahama adalarının paytaxtı Nassau şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürüb. Çempionatda Azərbaycan yığması da iştirak edir.

SİA-nın məlumatına görə, yarışın ilk günündə tatami üzərinə 6 azərbaycanlı cüdoçu çıxır: 55 kq çəki dərəcəsində Balabəy Ağayev Emerson Silva (Braziliya) - Buxçulun Davanıyam (Monqolustan), Rövşən Əliyev isə Livan Rodriqes (Kolumbiya) və Canad Feşko (Macarıstan) görüşlərinin qalibləri ilə qarşı-qarşıya gələcəklər.

66 kq çəki dərəcəsində Kəramət Hüseynov Uqo Veraya (Çili), Tofiq Məmmədov isə Brayan Qarboa (Ekvador) – Qenki Koqa (Yaponiya) görüşünün qalibinə qarşı tatami üzərinə çıxacaqlar.

Qızların 44 kiloqramadək çəki dərəcəsində Ramilə Əliyeva braziliyalı Amanda Arraeşlə, Şəfəq Həmidova isə ispaniyalı Miree Rodriqeslə qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə