“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo cəzalandırılıb. SİA-nın məlumatına görə, federasiya Premyer Liqanın 8-ci turunda "Nyukasl"la matçda təhqirlər və əl jestləri edən mütəxəssisə bir oyunluq cəza verib. Onun hərəkətləri kameralara da düşüb. Bu səbəbdən də 55 yaşlı mütəxəssis "Çelsi" ilə səfər oyununda texniki zonada yer almayacaq.

Qeyd edək ki, "Çelsi" - "Mançester Yunayted" oyunu oktyabrın 20-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə