Fatih Terim 2022-ci ilədək "Qalatasaray"da!

"Qalatasaray" futbol klubu, hazırkı baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb. Türkiyə mətbuatı yazır ki, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna qədər İstanbul klubunu çalışdıracaq. Terimin əvvəlki sözləşməsi 2019-cu ilin mayına kimi idi. Qeyd edək ki, Fatih Terim ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray”a baş məşqçi təyin edilib. Onun rəhbərliyi ilə komanda ötən mövsüm Superliqanın qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə