Rusiya dünya çempionatından nə qədər qazanıb?

Bu yay Rusiyada keçirilən dünya çempionatının gəlirləri açıqlayıb. Yarışın Təşkilat Komitəsinin hesabatında DÇ-2018-in ölkə iqtisadiyyatına 952 milyard rubl (təqribən, 14,6 milyard dollar) gəlir gətirdiyi qeyd olunub. Rusiya dünya çempionatının təşkilinə isə 688 milyard (təqribən 8 milyard dollar) rubl sərf edib.

Bu isə o deməkdir ki, Rusiydakı mundialda Braziliya, Cənubi Afrika Respublikası (CAR), Almaniya və Cənubi Koreyadakı dünya çempionatlarından daha çox gəlir əldə edilib. Bundan əlavə, Rusiyanın qarşıdakı beş il ərzində DÇ-2018-ə görə hər il 150-210 milyard rubl qazancağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə