"Barselona" rusiyalı futbolçunu icarəyə götürəcək?

"Barselona" futbol klubu, heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. Bu barədə "Mundo Deportivo" nəşri yazır. Məlumata görə, Kataloniya klubu bu qış "Zenit"in müdafiəçisi Branislav İvanoviçi icarəyə götürmək istəyir. Müdafiəçilər Samuel Umtiti və Tomas Vermalenin zədələnməsi klubun bu mövqeyə yeni futbolçu cəlb etmək qərarı verməyinə vadar edib. Qeyd edək ki, 34 yaşlı İvanoviç bu mövsüm Rusiya Premyer Liqasında 10 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə