PSJ "Atletiko"nun futbolçusuna "elçi düşüb"

London "Arsenal"ı, "Atletiko"nun futbolçusu Tomas Partini transfer etmək istəyir. Xarici mətbuatın yazdığına inansaq, London klubu ilə yanaşı, PSJ də 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Qanalı futbolçunun Madrid klubunda az oynadığı üçün karyerasını başqa klubda davam etdirməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, T.Partinin "Atletiko" ilə müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır. Onun təzminat qiyməti 50 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...