"Roma"nın yarımmüdafiəçisi Cengiz Ünder karyerasını Almaniyada davam etdirə bilər. Belə ki, "Bavariya" türk yarımmüdafiəçini öz heyətinə qatmağa hazırlaşır. Bu barədə xarici KİV-lər məlumat yayırlar. Münhen klubu futbolçuları Aryen Robben və Frank Riberinin müqaviləsinin müddəti mövsümün sonu başa çatacağı üçün heyətinə yeni oyunçu cəlb etməyi düşünür. "Roma"nın C. Ünder üçün 60 milyon avro tələb edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə