“Milan” Patrik Kutrone ilə müqaviləni yeniləyib

“Milan” futbolçusu Patrik Kutrone ilə müqaviləni yeniləyib. İtaliya klubunun saytında yer alan xəbərə görə, 20 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2023-cü ilə qədərdir. Qeyd edək ki, “Milan”ın yetirməsi olan italiyalı futbolçu bu mövsüm A Seriyasında 5 oyuna çıxıb və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...