Gimnastımız Fatimə Əkbərova Çexiyada gümüş medal qazanıb

Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan yığma komandasının da təmsil olunduğu yarışda böyüklər və gənclər proqramı üzrə ümumilikdə 18 ölkədən idmançılar iştirak ediblər.

Gənclər arasında mübarizə aparan millimizin gimnastı Fatimə Əkbərova turnirdə uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənc gimnastımız təsnifat mərhələsində hər 4 alət üzrə icra etdiyi çıxışlara görə, bütün finallara vəsiqə qazanıb. Əsas mərhələdə isə məhz lent ilə çıxışına görə, 14.550 xal toplayan Fatimə yarışları gümüş medalla başa vurub.

Yığma komandamızın digər üzvü, böyüklər proqramında çıxış edən Darya Sorokina isə gürzlərlə çıxışına görə, medalın bir addımlığında - dördüncü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...