Əsgərxan Novruzov: "Turanın potensialına inanırdıq" - AÇIQLAMA - VİDEO

Yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Əsgərxan Novruzov Turan Bayramovun (65 kq) Olimpiadadakı qələbəsini şərh edib. SİA-nın məlumatına görə, mütəxəssis güləşçimizin uğuruna əvvəlcədən inandıqlarını söyləyib: “İki aya yaxındır Olimpiadaya hazırlaşırdıq. Şükürlər olsun, hazırlığımız öz bəhrəsini verdi. Turanın potensialına inanırdıq. Bu il həm Avropa, həm də dünya çempionu olmuşdu. Ancaq Olimpiadanın ab-havası başqadır. Burada da sözünü dedi. Bu, bizim üçün çox sevindirici haldır. Başda Prezidentimiz İlham Əliyev olmaqla, bütün xalqımızı, federasiyamızın rəhbəri Namiq Əliyevi və bütün əməkdaşlarımızı təbrik edirik. Turanın üzərində əziyyəti keçən bütün məşqçilərə minnətdarlığımı bildirirəm ki, əllərindən gələni əsirgəmədilər və biz də bu nəticəni verdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə