Azərbaycanlı futbolçu Malta ilə oyundan sonra ağlayıb

UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Malta ilə Bakıda keçirilən görüşdə vacib xallar itirən millimizin üzvü Mahir Mədətov oyundan (1:1) sonra göz yaşlarını saxlaya bilməyib. Qol.az-ın xəbərinə görə, bunu matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Qurban Qurbanov deyib.

O, bir neçə epizodda qol imkanından istifadə edə bilməyən gənc hücumçunun paltardəyişmə otağında ağladığını bildirib. Qeyd edək ki, komandamızın yeganə qolunun ötürməsini edən M.Mədətov əvəzlənərkən bəzi azarkeşlər tərəfindən fitə basılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...