“Borussiya” bu futbolçu üçün 23 milyon avro təklif edir

Dortmund “Borussiya”sı yayda “Barselona”dan icarəyə götürdüyü Pako Alkaserlə bağlı qərarını verib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisi qısa müddətdə 25 yaşlı forvardın çıxışından məmnun qalıb.

“Borussiya” rəhbərliyi bu səbəbdən İspaniya millisinin üzvünü birdəfəlik transfer etmək fikrinə düşüb. Klublar arasında razılığa əsasən almanlar onu 23 milyon avroya transfer edə bilər. Bundan yararlanmaq istəyən “Borussiya” İspaniya nəhənginə məhz bu məbləği təklif edəcək.

Qeyd edək ki, Pako Alkaser son 4 oyunda 7 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...