Futbolçular Avropada ən çox “Real”da sabit oynayırlar

CIES futbol təşkilatı Avropada futbolçuların sabit çıxış etdiyi klubların siyahısını dərc edib. Təşkilatın saytında yer alan xəbərə görə, siyahıda ilk pilləni Madridin “Real” klubu tutur. Futbolçular bu klubda orta hesabla 5,84 il keçirirlər. “Barselona” (5,36) ikinci, “Bavariya” isə (5,26) üçüncüdür.

Ümumilikdə futbolçuların ən sabit çıxış etdiyi böyük beşlik ölkələrinin klubları aşağıda adları qeyd olunanlardır:

1. “Real” – 5,84 il
2. “Barselona” – 5,36 il
3. “Bavariya” – 5,26 il
4. “Atletiko” Madrid – 4,17 il
5. “Tottenhem” – 3,89 il
6. “Atletik” – 3,80 il
7. “Mançester Yunayted” – 3,72 il
8. “Borussiya” Münhenqladbax – 3,48 il
9. “Napoli” – 3,43 il
10. “Bornmut” – 3,37 il

TOP-5 ölkələrindən olmayan sabit klubların ilk üçlüyü:

1. “Viktoriya” (Çexiya) – 4,28 il
2. “Seltik” (Şotlandiya”) – 4,25 il
3. “Şaxtyor” (Ukrayna) – 4,02

TOP-5 ölkələrindən ən qeyri-sabit klubların üçlüyü isə aşağıdakı kimidir:

1. “Parma” – 0.65
2. “Kann” – 0.74
3. “Frosinone” – 0.75

TOP-5 ölkələrindən olmayan qeyri-sabit klubların ilk üçlüyü:

1. “İstra” (Xorvatiya) - 0.15
2. “Lvov” (Ukrayna) – 0.23
3. “Paphos” (Kipr) – 0.32

Qeyd edək ki, bütün siyahılarda 20 klub adı daxil edilib. Qeyri TOP-5 çempionatlarının təmsilçilərinin siyahısında Azərbaycan klubları yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə