Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib FOTO

Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən SİA-ya bildirilib ki, zona toplantısında Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak ediblər.

Tədbidə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini Teymur Səmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və Milli Məclisin üzvü Tahir Mirkişili, eyni zmanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Dövlət Universitetinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşları, habelə zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.

Əvəlcə qonaqlar və toplantı iştirakçıları gənclərin əl işlərindən ibarət təşkil olunmuş sərgi ilə tanış olublar.

Toplantıda rəsmi çıxşlar bitdikdən sonra zona toplantısının işində əlaqədar dövlət qurumlaraının ekspertlərinin iştirakı ilə müzakirələr keçirilib.

Ekspertlərin çıxışları bitdikdən sonra toplantı iştirakçıları tərəfindən onları maraqlandıran çoxsaylı suallar verildi, fikir mübadiləsi aparılıb.

İclasda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...