Ray Farruciya: "Bizi Bakıda çətin oyun gözləyir"

"Kosovo qələbəyə layiq oynadı. Bu komandanın parlaq gələcəyi var. Qrupun ən güclüsünə uduzduq". SİA-nın məlumatına görə, bu sözləri Millətlər Liqasınının qrup mərhələsinin 3-cü turunda səfərdə Kosovoya 0:2 hesabı ilə uduzan Malta millisinin baş məşqçisi Ray Farruciya deyib.

Maltalı mütəxəssis komandanın kapitanı Maykl Mifsudun qırımızı vərəqə alması ilə planların pozulduğunu qeyd edib: "İlk hissədə heç de pis oynamadıq. Fasilədən sonra rəqib təzyiqi artırmışdı. Qırmızı vərəqə isə bütün planları pozdu. Mifsud Azərbaycanla görüşü buraxmalı olacaq. Bizi Bakıda çətin oyun gözləyir".

Qeyd edək ki, Azərbaycan - Malta oyunu oktyabrın 14-ü, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qrupun 4-cü turunda Farer adaları Kosovo ilə, Azərbaycan millisi Malta ilə üz-üzə gələcək. Qrupa 7 xalla Kosovo başçılıq edir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə