“Tottenhem” ciddi itki ilə üzləşib

İngiltərənin “Tottenhem” futbol klubu, ciddi itki ilə üzləşib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, London təmsilçisinin müdafiəçisi Yan Vertongen sıradan çıxıb. İngiltərə Premyer Liqasının 7-ci turunun “Haddersfild”lə oyununda (2:0) zədələnən 31 yaşlı futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Belçikalı oyunçunun dekabr ayından tez meydana qayıtmayacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə