“Çelsi”nin futbolçusu: "Dünyanın ən yaxşısı mənəm"

Futbol üzrə Belçika yığması və “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard hazırda dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib. Belçika milli komandasının mətbuat xidmətinə müsahibə verən futbolçu bundan da yaxşı formada ola biləcəyini istisna etməyib: “İndiki formamdan razıyam. İnanıram ki, uzun müddət belə oynaya bilərəm. Hazırda dünyanın ən yaxşı futbolçusu mənəm. Amma hər zaman daha yaxşısını etmək, misal üçün, çoxlu qol vurmaq olar. Statistika baxımından mövsümə əla başlamışam. Amma bundan da yaxşı formada olduğum vaxtlar olub”.

Bütün xəbərlər Facebook səhifəmizdə