Marsyalın qol vurdu, “Monako” 10 milyon avro qazandı

“Mançester Yunayted”in hücumçusu Antoni Marsyal komandasında 25-ci qolunu vurub. Bu göstərici, futbol üzrə İngiltərə Premyer Liqasının 8-ci turunun “Nyuskasl”la oyununda (3:2) baş verib.

“France football”ın yazdığına görə, Marsyalın sabiq klubu “Monako” bu qol sayəsində əlavə 10 milyon avro qazanıb. Məsələ burasındadır ki, hər iki tərəf arasında 2015-ci ildə imzalanmış transfer razılaşmasına əsasən, əgər 22 yaşlı fransalı futbolçu “MY”də 25 qol vurarsa, bu zaman “Monako”ya əlavə ödəmə etməlidir.

Xatlrladaq ki, “qırmızı-şeytanlar” Marslyala görə 50 milyon avro təzminat ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...