Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında finala yüksəlib. SİA-nın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevi məğlub edib. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və gümüş medalı təmin edib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.

Qeyd edək ki, U.Kokauri ilk görüşündə belaruslu Vladislav Tsiarpitskini məğlub edərək 1/8 final mərhələsinə adlayıb. O, növbəti mərhələdə polşalı Masiey Sarnacki ilə qarşılaşıb. Bu idmançını da məğlub edən cüdoçumuzun 1/4 finalda rəqibi çexiyalı Lukas Krpalek olub. U.Kokauri qalib gələrək yarımfinala çıxıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə